Bazar ertəsi 03.10.2022

“Zirə” Elvin Məmmədovla vidalaşdı

“Zirə” Elvin Məmmədovla vidalaşdı

"Zirə" klubu futbolçusu Elvin Məmmədovla yollarını ayırıb. Klubun saytının verdiyi xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

"Zirə" Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.