Cümə 19.04.2024

"Formula 1" üzrə Çin Qran-prisi ləğv olundu

"Formula 1" üzrə Çin Qran-prisi ləğv olundu

"Formula 1" üzrə Çin Qran-prisi bu il keçirilməyə bilər. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.