Cümə 29.03.2024

Moskva "Dinamo"sunu Ramil Şeydayevə görə cəzalandırdılar

Moskva "Dinamo"sunu Ramil Şeydayevə görə cəzalandırdılar

Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası Moskva "Dinamo"sunun yeni futbolçuları qeydiyyatdan keçirməsinə qadağa qoyub. Buna səbəb Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntularına yol verilməsidir.

Qurum Şeydayevin əmək müqaviləsinin pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilib. Ramil qarşısında öhdəliklər yerinə yetiriləcəyi halda yeni oyunçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qadağa aradan götürülə bilər.

Qeyd edək ki, Ramil Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. O, "Dinamo"nun heyətində 8 oyun keçirib, bir qol ötürməsi ilə yadda qalıb.