Cümə 19.04.2024

Çempionlar Liqasında ilk finalçı "İnter" oldu

Çempionlar Liqasında ilk finalçı "İnter" oldu

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Turnirin ilk finalçısı Milan derbisində bəlli olub. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bacarmayıb.

"Cüzeppe Meatsa" stadionunda oynanılan qarşılaşmanın taleyini bir qol həll edib. "İnter" minimalhesablı qələbə ilə adını finala yazdırıb.

Yarımfinalın digər oyununda "Real Madrid" İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

16 may

"İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0