Şənbə 20.04.2024

"Mançester Siti" "Real Madrid"i darmadağın edərək finala yüksəldi

"Mançester Siti" "Real Madrid"i darmadağın edərək finala yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Bununla da ikinci finalçının adına aydınlıq gəlib.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə rəqibi ilə İngiltərədə qarşılaşıb.

"Etihad" stadionundakı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib. Dörd qolun vurulduğu oyunda "Mançester Siti" rəqibinə şans verməyib.

Finala yüksələn "Mançester Siti" həlledici matçda İtaliya "İnter"inə rəqib olub. Görüş iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

17 may

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:0
Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol), Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.