Cümə axşamı 25.04.2024

"Sabah" "Sumqayıt"ı 4 cavabsız qolla məğlub etdi

"Sabah" "Sumqayıt"ı 4 cavabsız qolla məğlub etdi

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Bağlanış oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş paytaxt klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. 28 xalı olan "Sumqayıt" isə 8-cidir.

Turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı bərabərliyə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.