Cümə axşamı 25.04.2024

"Sevilya" və "Roma" Avropa Liqasının finalında

"Sevilya" və "Roma" Avropa Liqasının finalında

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Hər iki qarşılaşma eyni gündə baş tutub.

“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından "canavarlar" finala yüksəliblər.

İtaliyanın digər təmsilçisi “Yuventus” isə “Sevilya”nın qonağı olub. Komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab matçının da əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran "Sevilya" adını finala yazdırıb.

Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq.

UEFA Avropa Liqası

Yarımfinal, cavab oyunları

18 may

"Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 2:1
Qollar: Suso, 72. Erik Lamela, 95 - Duşan Vlahoviç, 65
Qırmızı vərəqə: Markos Akunya, 115 ("Sevilya")
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

"Bayer" (Almaniya) - "Roma" (İtaliya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1