Cümə 26.04.2024

UEFA Avropa Konfrans Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Konfrans Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

“Fiorentina” doğma meydanda 1:2 hesabı ilə uduzduğu “Bazel”lə bu dəfə səfərdə üz-üzə gəlib. İtaliya təmsilçisi matçın əsas vaxtında eyni hesabla qalib gəlib. Bu səbəbdən əlavə vaxta ehtiyac yaranıb. Burada daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

“Vest Hem” isə “Alkmaar”ın qonağı olub. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala adlayıb.

Turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

18 may

"Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:3
Qollar: Zeki Amduni, 55 - Nikolas Qonsales, 35; 72. Antonin Barak, 120+9
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1

"AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə) - 0:1
Qol: Pablo Fornals, 90+4
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2