Çərşənbə axşamı 23.04.2024

Azərbaycanın qrup hərəkətləri komandası Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın qrup hərəkətləri komandası Avropa çempionatında bürünc medal qazandı

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.

Qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa və 3 lent və 2 topla hərəkətlərin icrasında finalçılar da müəyyənləşib. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa, 3 lent və 2 topla hərəkətlərin icrasında finala vəsiqə əldə ediblər.

Avropa çempionatına bu gün yekun vurulacaq.