Cümə 26.04.2024

“Neftçi” geridönüş edərək qələbə qazandı

“Neftçi” geridönüş edərək qələbə qazandı

Bu gün Misli Premyer Liqasında XXXV tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.

“Kəpəz” Qəbələdə “Neftçi”ni qəbul edib. Rəqibinə qarşı son 7 qarşılaşmada uduzmayan paytaxt klubu uğurlu seriyanı bu matçda da davam etdirib. Hesabda geri düşməsinə baxmayaraq "ağ-qaralar" əzmkar qalibiyyətə seviniblər.

Turun qalan 4 oyunu (“Turan Tovuz” – “Səbail”, “Şamaxı” – “Qəbələ”, “Sabah” – “Zirə”, “Qarabağ” – “Sumqayıt”) sabah keçiriləcək.

Misli Premyer Liqası, XXXV tur

21 may (bazar)

“Kəpəz” – “Neftçi” - 1:3
Qollar: Abdullahi Şuaybu, 45+3 - Ataa Caber, 64. Ömər Buludov, 87. Kilan Lebon, 90+4.
Hakimlər: Kamran Əliyev, Akif Əmrəli, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu