Cümə 26.04.2024

"Qarabağ" "Sumqayıt"a uduzdu, 3 oyun heç-heçə bitdi

"Qarabağ" "Sumqayıt"a uduzdu, 3 oyun heç-heçə bitdi

Misli Premyer Liqasında XXXV tura yekun vurulub. İkinci oyun günündə daha 4 oyun keçirilib.

"Turan Tovuz" doğma meydanda "Səbail"lə heç-heçə edib - 2:2.

Çempionluğunu əvvəlcədən rəsmiləşdirən "Qarabağ" evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində elitada qalmağı bacarıb.

"Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" görüşləri qolsuz bərabərliklə başa çatıb.

Premyer Liqada avrokuboklara dördüncü vəsiqənin sahibi və elitanı tərk edəcək klub sonuncu - XXXVI turda müəyyənləşəcək.

Misli Premyer Liqası, XXXV tur

22 may

“Turan Tovuz” – “Səbail” - 2:2
Qollar: Şəhriyar Əliyev, 2. Ayxan Hüseynov, 49 - Franko Mazurek, 73. Qoba Zakpa, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

“Şamaxı” – “Qəbələ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Şamaxı şəhər stadionu

“Sabah” – “Zirə” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

“Qarabağ” – “Sumqayıt” - 1:2
Qollar: Riçard Almeyda, 88 - Vüsal İsgəndərli, 33-pen. Səbuhi Abdullazadə, 39.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
“Azersun Arena”