Azərbaycan I Divizionunun qalibi "Araz-Naxçıvan” mövsümün sonuncu - XXX turunda “Zaqatala” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Oyundan sonra "Araz-Naxçıvan"a doğma meydanında kubok və medallar təqdim edilib.
Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov təqdim edib.