Cümə 19.04.2024

Azərbaycan kubokunun yeni sahibi: "Baku Fire"!

Azərbaycan kubokunun yeni sahibi: "Baku Fire"!

Bu gün futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib. Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşıb. “Neftçi” İK həm də Azərbaycan kubokunun ötənilki sahibidir.

Birinci hissənin ilk 10 dəqiqəsi daha çox qarşılıqlı hücumlarla yadda qalıb. Hesab isə 12-ci dəqiqədə açılıb. Bundan sonra nominal qonaqlar ardıcıl qollar vurmaqla fasiləyə 4 top üstünlüklə yollanmağı bacarıb.

İkinci hissəni “Neftçi” İK daha çox qapıçını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilmədi. Son dəqiqədə isə 2 10 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Əksinə, rəqib fərqi artırdı, qələbəsini təmin etdi.

Yekunda qələbə qazanan “Baku Fire” ilk dəfə Azərbaycan kubokunu qazandı.