Cümə axşamı 25.04.2024

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasında önə keçdi

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasında önə keçdi

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

“Sabah” və “Gəncə” komandaları Sərhədçi İdman Mərkəzində üz-üzə gəliblər.

"CBC Sport"la canlı yayımlanan matçda rəqibini 93:90 hesabı ilə üstələyən paytaxt təmsilçisi seriyada önə keçib - 2:1.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Tərəflər arasında növbəti oyun mayın 26-da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı məğlub edərək bürünc medala sahib çıxıb.