İtaliya kubokunun qalibi müəyyənləşib.
Romadakı "Olimpiko" stadionunda keçirilən görüş "İnter"in "Fiorentina" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "neradzurri" ardıcıl ikinci dəfə titula sahib çıxıb.
Bu, "İnter"in ümumilikdə 9-cu belə uğurudur. Milanlılar kubok sayında "Roma"ya çatıblar. Kuboku ən çox (14 dəfə) qazanan komanda isə "Yuventus"dur.
İtaliya kuboku
Final
24 may
"Fiorentina" – "İnter" - 1:2
Qollar: N.Qonsales, 3 – L.Martines, 29; 37.