Şənbə 27.04.2024

“Şamaxı” elitanı tərk etdi, “Qəbələ” Avropa Konfrans Liqasına vəsiqə qazandı

“Şamaxı” elitanı tərk etdi, “Qəbələ” Avropa Konfrans Liqasına vəsiqə qazandı

Bu gün Misli Premyer Liqasında XXXVI tura start verilib. Mövsümün son turunun ilk oyun günündə 3 oyun keçirilib.

“Zirə” səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib. Amma bu, qəsəbə təmsilçisinin avrokuboklara vəsiqə qazanması üçün yetərli olmayıb. Doğma meydanda “Kəpəz”lə heç-heçə edən “Qəbələ” də “Zirə” ilə eyni xala malik olmasına baxmayaraq, şəxsi görüşlərdəki üstünlüyə görə Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

Günün son matçında isə autsayderlər - “Səbail” və “Şamaxı” üz-üzə gəlib. Bu oyunda da elitanı tərk edəcək komandanın adına aydınlıq gələcəkdi. Görüş paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə əyalət təmsilçisi mövsümü sonuncu pillədə bitirməklə elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

Mövsümə mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

Misli Premyer Liqası, XXXVI tur

27 may

“Sumqayıt” – “Zirə” - 0:3
Qollar: Rəhim Sadıxov, 10; 67. Toni Qomes, 89.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
“Kapital Bank Arena”

“Qəbələ” – “Kəpəz” - 1:1
Qollar: Əyyub Allaş, 45+4 - Zamiq Əliyev, 80.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

“Səbail” – “Şamaxı” - 1:0
Qollar: Franko Mazurek, 45+1.
Qırmızı vərəqə: Elmir Tağıyev, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Pərvin Talıbov, Kamal Umudlu
“ASCO Arena”