Cümə axşamı 25.04.2024

Azərbaycan cüdo millisi Qran-prini 3 medalla başa vurdu

Azərbaycan cüdo millisi Qran-prini 3 medalla başa vurdu

Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirini 3 medalla başa vurub.

Yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.

Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.

Murad Fətiyev də mübarizəyə 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidadı məğlub etsə də, növbəti raundda Avstriya təmsilçisi Tomas Şarfetterlə bacarmayıb.

Qeyd edək ki, Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.