Cümə axşamı 28.03.2024

Misli Premyer Liqasında 2022/2023 mövsümünə yekun vuruldu

Misli Premyer Liqasında 2022/2023 mövsümünə yekun vuruldu

Misli Premyer Liqasında 2022/2023 mövsümünə bu gün keçirilən iki oyunla yekun vurulub.

XXXVI turun ikinci oyun günündə ilk olaraq “Sabah”la “Neftçi” "Bakcell Arena"da üz-üzə gəliblər. Komandalar müvafiq olaraq gümüş və bürünc mükafatı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb. "Ağ-qaralar"la son 3 oyunda qələbə qazanan “Sabah” bu dəfə uduzub. "Neftçi" minimalhesablı qalibiyyət əldə edib.

Mövsümün son matçı isə “Azersun Arena”da olub. Çempionluğu əvvəlcədən rəsmiləşdirən “Qarabağ” “Turan Tovuz”u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Bu matçın ardından “Qarabağ”, “Sabah” və “Neftçi” üçün mükafatlandırma mərasimi təşkil olunub.

Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar.

“Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub.

22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib.

Sonda “Qarabağ”ın kapitanı Maksim Medvedev çempionluq kubokunu başı üzərinə qaldırıb.

Misli Premyer Liqası, XXXVI tur

28 may

“Neftçi” – “Sabah” - 1:0
Qol: Emin Mahmudov, 10
Matçın 60-cı dəqiqədində Aleksey Kaşuk penaltidən yararlana bilməyib
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bakcell Arena”

“Qarabağ” – “Turan Tovuz” - 3:1
Qollar: Redon Cica, 2. Leandro Andrade, 47. Musa Qurbanlı, 72 - Runi Eva, 61
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”