Cümə axşamı 28.03.2024

“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazandı

“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazandı

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib. Həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəliblər.

İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar.

“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, əlavə 30 dəqiqə oynanılıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.

Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə imza atmışdı.

Azərbaycan Kuboku

Final

3 iyun

“Neftçi” – “Qəbələ” - 0:1
Qol: İsnik Alimi, 102
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Ehtiyat VAR: Cavid Cəlilov
Ehtiyat köməkçi hakim: Rəhman İmami
“Bakcell Arena”