Cümə axşamı 28.03.2024

"Qarabağ" ilk transferini açıqladı

"Qarabağ" ilk transferini açıqladı

"Qarabağ" yay transfer dönəmində ilk keçidini reallaşdırıb.

Ağdam klubundan verilən məlumata görə, "Zirə"dən ayrılmış Hamidu Keyta ilə üç illik müqavilə imzalanıb.

28 yaşlı fransalı hücumçu "Qarabağ"da 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Hamidu Keyta ötən ilin əvvəlində "Zirə"yə keçmişdi.