Çərşənbə 24.04.2024

“Sumqayıt” qalib gəldi, Azərbaycan derbisində qol olmadı

“Sumqayıt” qalib gəldi, Azərbaycan derbisində qol olmadı

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Sonuncu oyun günündə də 2 qarşılaşma keçirilib. Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edib. Son 5 matçda “Gənclik şəhəri” təmsilçisi qələbə qazanmırdı, paytaxt klubu isə əksinə, daim qol vururdu. "Zirə" bugünkü görüşdə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyib. Qonaqlar matçı 9 nəfərlə tamamlayıb.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider “Qarabağ” 8 xal üstün olduğu “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Bu, iki komandanın 100-cü dueli kimi tarixə düşüb. İndiyədək prinsipial rəqiblər 78 dəfə çempionatda, 21 dəfə isə kubokda üz-üzə gəliblər. Tərəflərin cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz bitib.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Qəbələ” 3:2 hesabıyla qalib gəlibsə, “Keşlə” evdə “Səbail” 0:1 uduzub.

Azərbaycan Premyer Liqası, XVI tur

8 fevral

“Sumqayıt” – “Zirə” - 2:1

Qollar: E.Cəfərquliyev, 13. X.Nəcəfov, 66 - A.Ramazanov, 35

Qırmızı vərəqə: İlkin Muradov, 36. A.Ramazanov, 68

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Kapital Bank Arena”

“Qarabağ” – “Neftçi” - 0:0

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tofiq Bəhramov adına Respublika stadionu.