Cümə 19.04.2024

“Səbail” ikinci transferini reallaşdırdı

“Səbail” ikinci transferini reallaşdırdı

“Səbail” yay fasiləsində ikinci transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

“Sumqayıt”dan yeni ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub.