Cümə 29.03.2024

"Kəpəz" daha iki futbolçu ilə yollarını ayırdı

"Kəpəz" daha iki futbolçu ilə yollarını ayırdı

Yay transfer dönəminin fəal komandalarından olan “Kəpəz” daha iki futbolçu ilə vidalaşıb.

Gəncə klubundan verilən məlumata görə, bunlar qapıçı Mario Mustapiç və hücumçu Salif Sissedi. Hər iki oyunçunun müqaviləsi başa çatıb və rəhbərlik onlarla yeni sözləşməyə ehtiyac duymayıb.

Geridə qalan mövsümdə Sisse 13 oyunda 1 qol vurubsa, Mustapiç çempionatın 9 görüşündə çərçivəni qoruyub, 12 top buraxıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Fərid və Yusif Nəbiyev qardaşlarını yola salıb.