Cümə axşamı 25.04.2024

UEFA Avropa Konfrans Liqasını "Vest Hem" qazandı

UEFA Avropa Konfrans Liqasını "Vest Hem" qazandı

Bu gecə UEFA Avropa Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər.

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşü ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edib.

İlk hissəsi qolsuz bitə matçın ikinci hissəsinə daha yaxşı başlayan ingilislər 62-ci dəqiqədə hesabı açsalar da, cəmi 5 dəqiqə sonra “Fiorentina” tarazlığı bərpa edib.

Amma son dəqiqələrdə daha bir qol vuran “Vest Hem” tarixində üçüncü dəfə beynəlxalq arenada titula sahib çıxıb. London təmsilçisi 1964-65 mövsümündə Kuboklar Kubokunu, 1999-cu ildə isə İntertoto Kubokunu qazanmışdı.

UEFA Avropa Konfrans Liqası

Final

7 iyun

"Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2
Qollar: Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti), Carrod Bouen, 90
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"