Cümə 19.04.2024

"Bizim üçün möhtəşəm iş görən Dadaşova çox güvənirik"

"Bizim üçün möhtəşəm iş görən Dadaşova çox güvənirik"

“Vulverhempton”un U-23 komandasının baş məşqçisi Ceyms Kollins Premyer Liqa Kubokunda “Birmingem”ə qarşı keçirilən son oyunla bağlı klubun rəsmi saytına açıqlama verib. Çalışdırıcı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxışına da münasibət bildirib:

“Hesabda geri düşdükdən sonra daha yaxşı çıxış etdik. Dadaşov da əks-hücumdan fantastik qol vurdu. Son 15 dəqiqədə isə əla müdafiə olunduq. Bizim üçün möhtəşəm iş görən Dadaşova çox güvənirik. Ancaq o, ön xətdə bəzən tək qalır. Bu üzdən də hücum zamanı daha keyfiyyətli oynamalıyıq”.

2:2 hesabı ilə başa çatan “Birmingem” – “Vulverhempton” matçının 75-ci dəqiqəsində Renat Dadaşov komandasının ikinci qolunu vurub.