Cümə 29.03.2024

AVRO-2020: Bakıda keçiriləcək oyunlara nə qədər bilet satılıb?

AVRO-2020: Bakıda keçiriləcək oyunlara nə qədər bilet satılıb?

Bu gün AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat mərasimi keçirilib. “Shamakhi Palace” otelində təşkil olunmuş tədbirdə turnirin bilet satışı haqqında da məlumat verilib.

Bildirilib ki, 125, 75 və 30 avro olmaqla, üç kateqoriyalı biletləri internet vasitəsiylə əldə etmək mümkündü. Mart ayından isə fiziki olaraq satış mümkün olacaq.

Bundan başqa, tədbirdə Bakıdakı qarşılaşmalara 118 840 biletin satıldığı açıqlanıb. Onlardan 19059-u Uels – İsveçrə, 32000-i Türkiyə – Uels, 30147-si İsveçrə – Türkiyə, 37634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.