Cümə 26.04.2024

"Qəbələ" çilili hücumçu transfer etdi

"Qəbələ" çilili hücumçu transfer etdi

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Klubun saytının verdiyi xəbərə görə, “qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.

“Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib. Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub.

Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.