Çərşənbə axşamı 01.07.2025

UEFA Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsində

UEFA Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsində

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb.

Səfərdəki ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam klubu bu dəfə rəqibini 4 cavabsız qolla məyus edib.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

“Qarabağ” – “Linkoln” (Cəbəllütariq) - 4:0
Qollar: Abdullah Zubir, 7; Bəhlul Mustafazadə, 45+2; Redon Cica, 50; Marko Yankoviç, 62
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu