Bazar 15.06.2025

"Qarabağ" Polşada "Rakuv"a məğlub oldu

"Qarabağ" Polşada "Rakuv"a məğlub oldu

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb. Ağdam təmsilçisi birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirib. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 3:2
Qollar: Cəfərquliyev, 55 (avtoqol); Plaseski, 71; Kittel, 90+1 - Cica, 73; 75
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu