Cümə 29.03.2024

“Neftçi” “Keşlə”yə qalib gəldi, “Qəbələ” “Səbail”ə uduzdu

“Neftçi” “Keşlə”yə qalib gəldi, “Qəbələ” “Səbail”ə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. Sonuncu oyun günündə də iki qarşılaşma keçirilib.

Öncə turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Qəbələ” komandaları üz-üzə gəlib. Bu görüşdə hesabı əyalət təmsilçisi açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Turun qapanış matçında isə ikinci pillədə qərarlaşan “Neftçi” ən yaxın izləyicisi “Keşlə”ni qəbul edib. 4 qol vurulduğu qarşılaşmada sevinən tərəf "ağ-qaralar" olub.

Ötən gün təşkil olunan oyunlarda “Qarabağ” səfərdə “Zirə”yə 6:0, “Sabah” isə “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası

17-ci tur

16 fevral

“Səbail” – “Qəbələ” - 3:1
Qollar: M.Abbasov, 56. R.Əliyev, 70. H.Ekşteyn, 82-pen - N.Raysel, 16.
Qırmızı vərəqə: F.Lopes, 75.

“ASCO Arena”. Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev.

“Neftçi” – “Keşlə” - 3:1
Qollar: B.Dabo, 11. M.Mbodj, 17. S.Monroz, 58 - S.M.Kolli, 53-pen.

“Bakcell Arena”. Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev