Cümə axşamı 25.04.2024

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. XVII turda qapılara 17 qol vurulub. “Zirə” – “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” – “Sabah” (1:2) oyununda üç top vurulub.

Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı XII tura təsadüf edib.

Qeyd edək ki, ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün XI turunda da indiki kimi 17 qol vurulub.