Cümə 13.06.2025

"Beşiktaş" - "Neftçi" oyununun başlanma saatı dəyişdirildi

"Beşiktaş" - "Neftçi" oyununun başlanma saatı dəyişdirildi

"Neftçi"nin bu gün Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlanma saatı dəyişdirilib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da yox, 22:00-da start götürəcək.

UEFA-nın yanlışlığı səbəbindən oyunun başlanma saatı əvvəlcədən Bakı vaxtı ilə 21:00 göstərilmişdi. Yalnız ötən gün "Beşiktaş" tərəfinin qitə futbol qurumuna müraciətindən sonra başlanma saatına düzəliş edilib.

Bakı vaxtı ilə 22:00-da start götürəcək matç "CBC Sport"la canlı yayımlanacaq.