Cümə axşamı 25.04.2024

“Tottenhem” uduzdu, “Valensiya” darmadağın oldu

“Tottenhem” uduzdu, “Valensiya” darmadağın oldu

UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti matçları keçirilib. İkinci oyun günündə də iki qarşılaşma təşkil olunub.

İtaliyada "Atalanta" "Valensiya" ilə üz-üzə gəlib. "CBC Sport"la canlı yayımlanan qarşılaşmada meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Günün digər qarşılaşmasında "Tottenhem" İngiltərədə Almaniya "Leypsiq"ini qəbul edib. Matçın taleyini bir qol həll edib. Bundesliqa təmsilçisi səfərdən qalibiyyətlə qayıdıb.

Çempionlar Liqası, 1/8 final mərhələsi

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya) - 4:1

Qollar: Hatebor, 16; 63. İliçiç, 42. Froyler, 57 - Çerışev, 66

Baş hakim: Maykl Oliver (İngiltərə)

"San Siro" stadionu

"Tottenhem" (İngiltərə) - "Leypsiq" (Almaniya) - 0:1

Qol: Verner, 58-pen

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

"Tottenhem" stadionu