Cümə axşamı 25.04.2024

Azərbaycan millisi FIFA reytinqində mövqeyini qorudu

Azərbaycan millisi FIFA reytinqində mövqeyini qorudu

FIFA 2020-ci ildə milli komandaların ilk reytinq siyahısını açıqlayıb. ƏIvvəlki mövqeyini qoruyan Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Reytinqin ilk "3-lüy"ü dəyişməz qalıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.

Qeyd edək ki, cədvəldə Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədədir.

Türkiyə millisinin də mövqeyində dəyişiklik baş verməyib. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda 1494 xalla 29-cudur.