Şənbə 27.07.2024

Azərbaycanın MMA döyüşçülərinin rəqibləri müəyyənləşdi

Azərbaycanın MMA döyüşçülərinin rəqibləri müəyyənləşdi

"Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirində döyüşəcək Azərbaycanın MMA idmançılarının rəqibləri müəyyənləşib.

Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.

Qeyd edək ki, sözügedən turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.