Şənbə 27.07.2024

"Zirə" azlıqda qaldığı görüşdə əzmkar qələbə qazandı

"Zirə" azlıqda qaldığı görüşdə əzmkar qələbə qazandı

Bu gün Misli Premyer Liqasında VI tura start verilib.

Günün yeganə matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. Oyunun taleyini bir qol həll edib. 11 görüşdür rəqibinə qalib gəlməyən "Gənclik şəhəri" təmsilçisi yenə uğursuzluqla üzləşib.

Yeganə qolu 45+1-ci dəqiqədə meydan sahiblərindən Məqsəd İsayev vurub. Komandanın digər oyunçusu Pyer Zebli 10-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

27-ci dəqiqədə isə qonaqların baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü üçün texniki zonadan uzaqlaşdırılıb.

Xallarının sayını 15-ə çatdıran "Zirə" liderliyini qoruyub. "Sumqayıt" təmsilçisi 7 xalla hələlik 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.

Misli Premyer Liqası, VI tur

15 sentyabr

“Zirə” – “Sumqayıt” - 1:0
Qol: Məqsəd İsayev, 45+1
Qırmızı vərəqə: Pyer Zebli
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu