Şənbə 27.07.2024

DÇ-2024, elit-raund: Azərbaycan millisi ilk oyunda Rumıniyaya uduzdu

DÇ-2024, elit-raund: Azərbaycan millisi ilk oyunda Rumıniyaya uduzdu

Bu gün futzal DÇ-2024-ün elit-raund mərhələsinə start verilib.

Mötəbər yarışın açılış qarşılaşmasında Azərbaycan millisi meydana çıxıb. A qrupunda yer alan yığma komandamız ilk oyununu səfərdə Rumıniya seçməsinə qarşı keçirib.

Rumıniya – Azərbaycan oyunu Buzeu şəhərindəki “Romeo lamandi” arenasında keçirilib. Oyunu Admir Zahoviçin başçılıq elədiyi sloveniyalı hakimlər briqadası idarə edib. Üç qolun vurulduğu dueldə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Qrupun digər görüşündə Niderland millisi Qazaxıstana 0:2 məğlub olub.

Millimiz növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderlanda qarşı keçirəcək.