Şənbə 27.07.2024

Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazandı

Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazandı

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin "Red Meat Tad" kollektivi ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.

Təmsilçimizin yarımfinal mərhələsindəki rəqibi Rumıniyanın “Borussiya Sibiu" komandasıdır. Görüş sabah saat 12:00-da başlayacaq.