Şənbə 27.07.2024

"Kəpəz" "Səbail"ə, "Neftçi" "Araz-Naxçıvan"a uduzdu

"Kəpəz" "Səbail"ə, "Neftçi" "Araz-Naxçıvan"a uduzdu

Bu gün Misli Premyer Liqasında VI turun daha iki görüşü keçirilib.

İkinci oyun gününün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib. Paytaxt təmsilçisi rəqibinə qarşı son üç səfər görüşündə xal qazanmamışdı. Ancaq bu dəfə tilsimi qıra biliblər. "Səbail" 3 xalı 3 cavabsız qolla əldə edib.

Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Naxçıvan təmsilçisi indiyədək "ağ-qaralar"a qol vurmamışdı. Matçın taleyinin bir qolla həll olunduğu dueldə sevinən tərəf meydan sahibləri olub.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də olacaq.

Misli Premyer Liqası, VI tur

16 sentyabr

“Kəpəz” – “Səbail” - 0:3
Qollar: Yusif Nəbiyev, 2, Valdemar Almeyda, 16, Aleksandr Ramalinqom, 54
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu

“Araz-Naxçıvan” – “Neftçi” - 1:0
Qol: Orxan Əliyev, 82 (pen)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”