Şənbə 27.07.2024

"Qəbələ" məğlubiyyətdən qaçdı, "Qarabağ" "Sabah"a qalib gəldi

"Qəbələ" məğlubiyyətdən qaçdı, "Qarabağ" "Sabah"a qalib gəldi

Misli Premyer Liqasında VI tura yekun vurulub. Sonuncu oyun günündə iki görüş keçirilib.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ” ilə qarşılaşıb. İlk hissəsi qolsuz bitə matçda tərəflər hərəyə iki qol vurublar. Bununla Tovuz təmsilçisi cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində “Turan Tovuz” xallarının sayını 10-a, “Qəbələ” isə 4-ə çatdırıb.

Turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Qalibiyyət sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası, VI tur

17 sentyabr (bazar)

"Turan Tovuz" – "Qəbələ" - 2:2
Qollar: Fərid Nəbiyev, 56; Belajdi Pusi, 59 - Osama Xalayla, 70; 78 (pen)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

"Qarabağ" – "Sabah" - 2:0
Qollar: Juninyo, 56; Hamidu Keyta, 88
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu