Çərşənbə axşamı 16.04.2024

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi, “Səbail”lə “Sabah” 1 xala razılaşdı

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi, “Səbail”lə “Sabah” 1 xala razılaşdı

Azərbaycan Premyer Liqasında XVIII tura bu gün iki oyunla yekun vurulub. Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da “Sabah” və “Səbail” komandaları üz-üzə gəlib. Hər iki kollektiv son 2 matçından qələbə ilə ayrılmışdılar. Qapıların toxunulmaz qaldığı görüşdə tərəflər 1 xala razılaşıblar.

Turun son oyununda lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edib. Ağdam klubu bu mövsüm Premyer Liqada yeganə məğlubiyyətini məhz “Gənclik şəhəri” təmsilçisindən almışdı. Matçın taleyini bir qol həll edib. "Qarabağ" Mahir Emrelinin sayəsində rəqibini məğlub yola salıb.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi”yə 0:2 hesabıyla uduzub, “Keşlə” isə “Zirə”yə 4:0 qalib gəlib.

Azərbaycan Premyer Liqası, XVIII tur

23 fevral (bazar)

“Sabah” - “Səbail” - 0:0
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

“Qarabağ” - “Sumqayıt” - 1:0
Qol: M.Emreli, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu.