Şənbə 27.07.2024

“Araz-Naxçıvan” Fransa klubundan yarımmüdafiəçi transfer etdi

“Araz-Naxçıvan” Fransa klubundan yarımmüdafiəçi transfer etdi

“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib. Elita klubu Aksel Nqando ilə anlaşıb. Naxçıvan təmsilçisindən verilən məlumata görə, Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.

Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb.

Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.