Şənbə 27.07.2024

“Qarabağ” – “Molde” oyununa təyinatlar açıqlandı

“Qarabağ” – “Molde” oyununa təyinatlar açıqlandı

"Qarabağ" və Norveçin "Molde" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün təyinatlar açıqlanıb.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

FIFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Matyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Volş, AVAR-da isə Steven Makleyn olacaq.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.