Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulub.
Sonuncu oyun gününün yeganə matçı Qəbələ şəhər stadionunda təşkil edilib. “Qarabağ” “Qəbələ” ilə qarşılaşıb. 20 matçdır Ağdam təmsilçisi üzərində qələbə qazana bilməyən meydan sahibləri yenə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.
Misli Premyer Liqası, VII tur
25 sentyabr (bazar ertəsi)
“Qəbələ” – “Qarabağ” - 1:2
Qollar: Lukas Afriko, 75 - Hamidu Keyta, 2; Nəriman Axundzadə, 11
Qırmızı vərəqə: Kevin Medina, 42.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu