Cümə 09.05.2025

Azərbaycan millisi UEFA Millətlər Liqasında qələbə qazandı

Azərbaycan millisi UEFA Millətlər Liqasında qələbə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirib.

Səfərdə Monteneqro yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qolunu qarşılaşmanın 84-cü dəqiqəsində Nazlıcan Parlak vurub.

Azərbaycan millisi 5 gün öncə doğma meydanda Kiprlə 1:1 bərabərə qalmışdı.

Siyasət Əsgərovun çalışdırdığı kollektiv yer aldığı C liqasının 3-cü qrupunda növbəti oyununu oktyabrın 27-də səfərdə Farer adaları seçməsinə qarşı keçirəcək.