Cümə 09.05.2025

"Səbail" fransalı müdafiəçi transfer etdi

"Səbail" fransalı müdafiəçi transfer etdi

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. Paytaxt klubundan verilən məlumata görə, fransalı müdafiəçi Silvayin Deslandeslə bu mövsümün sonunadək müqavilə imzalanıb.

26 yaşlı futbolçu komandada 3 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.