“Səbail” yarımmüdafiəçi David Qomislə qüvvədə olan müqavilənin müddətini artırıb.
Klubdan verilən məlumata görə, 30 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna qədər "dənizçilər"in uğurları üçün çalışacaq.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis komandanın heyətində Premyer Liqada ümumilikdə 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.