Bu gün Misli Premyer Liqasında VIII tura start verilib. Açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
Xallarının sayını 16-ya çatdıran "Qarabağ" lider "Zirə"yə çatıb. "Sumqayır" 8 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.
Misli Premyer Liqası, VIII tur
29 sentyabr (cümə)
“Qarabağ” – “Sumqayıt” - 5:0
Qollar: Juninyo, 22; 29; Toral Bayramov, 41; Leandro Andrade, 44; Abdullah Zubir , 49
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”