Bu gün Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.
Əvvəlcə diqqətlər Tovuz şəhər stadionuna yönəlib. “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Tərəflər arasında keçirilən matçlarda qol vuran komanda qələbə qazanır. Son iki görüşdə eyni sayda – 4 qol vurulmuşdu. Budəfəki matçın taleyini bir qol həll edib. "Ağ-qaralar" qələbə qazanıb.
Günün digər görüşündə "Sabah" səfərdə "Səbail"lə qarşılaşıb. Komandalar arasında son üç oyunda ən azı 2 qol vurulmuşdu. Dörd qolun qeydə alındığı bugünkü qarşılaşmada qalib müəyyənləşməyib.
Qeyd edək ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı 5 cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.
Misli Premyer Liqası, VIII tur
30 sentyabr
“Turan Tovuz” – “Neftçi” - 0:1
Qol: Aaron Olanare, 87
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu
“Səbail” – “Sabah” - 2:2
Qollar: Yusif Nəbiyev, 28; Adi Mehremiç, 87 - Emmanuel Appeh, 41; Anatoli Nuriyev, 84
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”