Bu gün UEFA Avropa Konfrans Liqasının D qrupu çərçivəsində "Beşiktaş" İsveçrə təmsilçisi "Luqano"nu qəbul edəcək. "Qara qartallar" qrupun ilk matçında "Brügge" ilə 1-1 hesablı heç-heçə edib. Son 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətə imza atan qardaş ölkə təmsilçisi bu matçda qələbə qazanaraq qrupdakı vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Qonaqlara nəzər yetirsək, onlar son 5 matçda 3 qələbə qazanıblar. 1 dəfə heç -heçə edən İsveçrə klubu 1 görüşdə də meydanı məğlub tərk edib. Onlar qrupun ilk matçında "Budyö Qlimt"lə 0-0 hesablı heç-heçə ediblər. "Vodafon Park"da keçiriləcək oyunda ədaləti israilli referi Devid Fuksman qoruyacaq.
Qeyd edək ki, "Beşiktaş" - ""Luqano" görüşü saat 20:45-dən etibarən "CBC Sport"la canlı yayımlanacaq.